

Komissiyanın sədri əvvəlki təhsilin və kreditlərin tanınmasına dair aparılmış işlərin yekunlaşdırılmasından danışdı. O, işin gedişində komissiya üzvlərinin əvvəlki və yeni təhsil proqramlarının səviyyəsini, kreditlərin yeni təhsil proqramına uyğunluq səviyyəsi, obyektivliyin təmin olunmasında mütəxəssis rəylərinin alınmasından, sənədlərin dəqiq araşdırıldığı və təhlilin aparıldığından danışdı. Qəbul edilən qərarı elan etdi, təsdiq olunması təklifini verdi. İxtisaslar üzrə əvvəlki təhsilin və kreditlərin tanınması qəbul edilən siyahını üzvlərə çatdırdı. Bütövlükdə qərarı səsə qoydu, yekdilliklə qəbul olundu. Rəsmiləşdirilməsi üçün təqdimatın verilməsi, protokoldan çıxarışın ona əlavə edilərək rəsmiləşdirilməyə verilməsi fikiri ilə komissiya üzvləri görülmüş işi tamamlanmış hesab etdilər.
