Arifə Bahəddin qızı Əliyevanın açıq dərsi keçirildi.

08.05.2017-ci il tarixdə Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Arifə Bahəddin qızı Əliyevanın “Kəlləsizlər və anamnilər” fənnindən “Suda-quruda yaşayanlar. Göl qurbağasının quruluşu” mövzusunda kimya və biologiya ixtisası I kurs tələbələri ilə açıq dərsi keçirildi.  Dərsin gedişində suda-quruda yaşayanların səciyyəvi əlamətlərindən, yaşadıqları mühitə uyğunlaşmalarından, çoxalma xüsusiyyətlərindən və b. geniş şəkildə bəhs edildi. Açıq dərsdə fakültə dekanı, […]

Davamı

UNİVERSİTET TƏRƏFİNDƏN TƏŞKİL OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS

04-05 may 2017-ci il tarixlərində Gəncə Dövlət Universiteti tərəfindən “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda keçirilən  beynəlxalq elmi konfransda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Fransa və İspaniyadan olan 150 nümayəndə iştirak etmişdir. İştirakçılar konfrans başlamazdan əvvəl ulu öndər Heydər […]

Davamı

Ekologiya və təbiəti mühafizə kafedrasının növbəti ekspedisiyası

Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor S.Z.Əhmədova və əməkdaşları tərəfindən 21.04.2017-ci il tarixində “Qərb bölgəsinin ekoloji problemləri və onların həlli yolları “ mövzusunda elmi-tədqiqat aparmaq məqsədilə Göy-göl milli parkına ekspedisiya təşkil edilmişdir. Tədqiqatın məqsədinə uyğun olaraq əraziyə baxış keçirilmiş və nümunələr götürülmüşdür.

Davamı

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi L.R. Abdullayevanın laborator məşğələsi.

Biologiya-kimya fakültəsinin  Anatomiya, fiziologiya və zoologiya kafedrasında laborator məşğələlərin tədrisində daima canlı heyvan nümunələrindən istifadəı olunur. Bu baxımdan 21.04.2017-ci il tarixdə müəllimə Lalə Rəşid qızı Abdullayevanın kafedra müdiri dosent Vəfa Fərman qızı Məmmədovanın iştirakı ilə Kimya və biologiya müəllimliyi ixtisasının 12 qrupunda “İlan balığının xarici və daxili quruluşu” mövzusunda tədris etdiyi laborator məşğələsində ilan balığının xarixi quruluşu […]

Davamı

EKOLOGİYADAN BİLİK YARIŞI KEŞİRİLMİŞDİR!

13.04.2017-ci il tarixində saat 1300-da Ekologiya kafedrası bütün kurslar üzrə Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarının tələbələri üçün “Bilik yarışı” təşkil etmişdir. Yarışı beş komanda – “Azəri”, “Çıraq”, “Günəşli”, “Qarabağ” və “Şahdəniz” təmsil etmişdir. Aparıcılıq və təşkilati işlər kafedranın baş müəllimi, b.ü.f.d. Qasımova Gültəkin Qasım qızına həvalə olunmuşdur. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Biologiya-kimya […]

Davamı

Ekologiya və Təbiəti Mühafizə kafedrasının baş müəllimi Zabitə Ələkbərovanın açıq dərsi.

Bu gün Ekologiya və Təbiəti Mühafizə kafedrasının baş müəllimi, a.e.ü.f.d. Zabitə Ələkbərovanın I kurs Ekologiya ixtisası tələbələrinə “Ətraf mühitə təsirin qiymətləndirilməsi” fənnindən “Hidrosferə antropogen təsirin qiymətləndirilməsi” mövzusu üzrə seminar məşğələsinin açıq dərsi təşkil edildi. İlk olaraq müəllim keçmiş mövzuya toxunaraq tələbələrlə sual-cavab etdi. Tələbələr mövzuya uyğun olaraq hər biri ayrı-ayrılıqda slaydlar əsasında dərsi danışdılar. Dərsdə müəllim […]

Davamı

Kimya üzrə fəlsəfə doktoru, baş müəllim Mətanət Rzayevanın açıq dərsi.

05.04.2017-ci ildə Kimya kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Mətanət Rzayevanın açıq dərsi keçirilmişdir. Mətanət müəllimənin istər adi, istərsədə açıq dərsi həmişə yüksək səviyyədə keçmişdir. Onun “IV qrupun əlavə yarımqrup elementlərinin ümumi xarakteristikası” mövzusunda dediyi açıq dərsi pedoqoji və metodiki baxımdan tələb olunan səviyyədə idi. Göstərilən qrupda yerləşən elementləri elektron quruluşu, təbiətdə yayılması, alınma […]

Davamı

Botanika klafedrasının baş müəllimi b.ü.f.d. Yeganə Aslanovanın açıq dərsi.

Gəncə Dövlət Universitetinin Botanika kafedrasının baş müəllimi biologiya üzrə fəlsəfə doktoru Aslanova Yeganə Azad qızının Kimya-biologiya müəllimliyi I kurs tələbələrinə Sitologiya fənnindən “Mitoz mexanizmi və onun sitoloji əsasları“ mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Biologiya-kimya fakültəsinin monitorinq qrupunun üzvü dos. M. Vəliyev, fakültənin dekanı dos. İ.Alverdiyev, kafedranın müdiri prof. V. Novruzov, dos. Z.İsmayılova, b.ü.f.d. R.Quliyeva, […]

Davamı

BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI NÖVBƏTİ ELMİ EKSPEDİSİYADA.

02.04.2017-ci il tarixdə Gəncə Dövlət Universiteti Botanika kafedrasının professor-müəllim heyəti, doktorant və dissertantları Korçay Dövlət Təbiət qoruğunda elmi ekspedisiyada olublar. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır. Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi […]

Davamı

Dosent əvəzi Qasımova Fərqanə Nəriman qızının açıq dərsi.

03.04.2017-ci il tarixdə Ekologiya və Təbiəti Mühafizə kafedrasının dosent əvəzi Qasımova Fərqanə Nəriman qızının “Aqroekologiya” fənnindən Ekologiya IV kurs tələbələri ilə “Əkinçiliyin sistemləri və onların aqroekoloji əhəmiyyəti” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı, dosent İsfəndiyar Alverdiyev, kafedra müdiri professor Sevda Əhmədova, kafedranın professor-müəllim heyətindən dosent Ələkbərova Zabitə, biologiya üzrə fəlsəfə doktoru Qasımova Gültəkin və […]

Davamı