açıq dərs

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti, b.ü.f.d. Nəsirova Nəsibə Valodiya qızının Ekologiya mühəndisliyi  ixtisasının III kurs tələbələrinə “Radioaktiv çirklənmənin  ekoloji nəticələri” mövzusunda açıq dərsi keçirildi. Müəllimin bütün sənədləri qaydasında idi. Açıq dərs müasir təlim metodlarından istifadə olunmaqla  tədris olundu. Dərsdə  fakültənin dekanı dos.İ.Alverdiyev və kafedranın professor-müəllim heyəti iştirak etdilər.  

Davamı

Botanika kafedrasının müəllimi Hüseynova Elnarə Əliş qızının “Azərbaycanın Qərb bölgəsində buğdanın məhsuldarlığının yüksəldilməsinin morfo-fizioloji əsasları” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi

Univeristetin Botanika kafedrasının müəllimi Hüseynova Elnarə Əliş qızının 06.12.2018-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin Biologiya kafedrasında “Azərbaycanın Qərb bölgəsində buğdanın məhsuldarlığının yüksəldilməsinin morfo-fizioloji əsasları” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İlkin müzakirədə GDU-nun və ADAU-nun professor-müəllim heyəti iştirak etmişdir. Müzakirənin sonunda dissertasiya işinin Genetik […]

Davamı

biologiya-kimya fakültəsinin tələbələrinə yap-ın mandatları təqdim olundu

Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının nümayəndələri, Məmmədov Afəl, Məmmədov Yüksəl, Əbdurrəhimov Sabir, fakültənin dekanı Alverdiyev İsfəndiyar, Təlim tərbiyə işləri üzrə dekan müavini İsmayılova Zilxumar və tələbələr iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra başlamışdır. Nümayəndələr YAP-ın inkişaf tarixi, perspektivləri və gələcəkdəki inkişaf dinamikası haqqında çıxış etdilər. Bundan başqa gənclərin asudə vaxtının […]

Davamı

açıq dərs

Botanika kafedrasının müəllimi İsayeva Fidan Mehir qızının Biologiya ixtisasının I kursunda “Yarpağın anatomik quruluşu” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültənin dekanı dos.İ.Alverdiyev, Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dosent Z.İsmayılova, b/m.A.Hüseynzadə, laborant N.Fətəliyeva iştirak etmişlər.

Davamı

açıq dərs

Kimya kafedrasının baş müəllimi Əliyeva Vüqarə Surxay qızının Biologiya ixtisasının I kursunda “Ümumi kimya” fənnindən “Duzların hidrolizi” mövzusunda laboratoriyadan açıq dərsi olmuşdur. Açıq dərsdə kafedranın əməkdaşlarından dos.A.Məmmədova, dos.S.İbrahimli, dos.M.Vəliyev, b/m.F.Alverdiyeva, b/m.A.Zeynalova, b/m.L.Namazova, b/m.Ü.Sadıqova iştirak etmişlər. Açıq dərsdə diqqəti cəlb edən əsas məsələ bütün qrupun dərsə hazır olması və mövzuya aid sual-cavabda aktiv iştirak etməsi oldu. […]

Davamı

AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanovun Kimya və biologiya müəllimliyi ixtisasının II kurs tələbələrinə “Müasir Botanikanın Aktual Problemləri” mövzusunda mühazirəsi olmuşdur

3 dekabr 2018-ci il tarixdə Bakı Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov, Biologiya-kimya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbələrinə “Müasir Botanikanın Aktual Problemləri” mövzusunda mühazirəsi olmuşdur. Mühazirədə Biologiya-kimya fakültəsinin dekanı dos.İ.Alverdiyev, Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov, Coğrafiya kafedrasının fəxri professoru Rəşad Nuriyev […]

Davamı

Gəncə Dövlət Universitetinin növbəti elmlər doktoru!

 30 NOYABR 2018-ci il tarixdə  AMEA Botanika İnstitutunun Dissertasiya Şurasında Gəncə Dövlət Universiteti Botanika kafedrasının dosenti BAYRAMOVA AYNUR AKİF qızının biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Kiçik Qafqazda bəzi xüsusi mühafizə olunan ərazilərin flora biomüxtəlifliyi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Elmi məsləhətçi: AMEA-nın müxbir üzvü, Biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi V.S.NOVRUZOV […]

Davamı