Əməkdaşlarımız Beynəlxalq seminarda

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin Botanika kafedrasının əməkdaşları dos.M.T.Qazıyev, doktorant F.F.Ələkbərov 10-16 may 2018-ci il tarixlərdə Düşənbə şəhərində keçirilən “Bioloji müxtəlifliyin öyrənilməsinə həsr olunmuş” Beynəlxalq seminarda iştirak etmişlər. Dos.M.Qazıyev Respublikanın nümayəndə heyəti adından seminar iştirakçılarını salamlamışdır. Beynəlxalq seminar Tacikistan Respublikası Elmlər Akademiyasının Sədrliyi ilə aparılmışdır. Bölmə iclaslarında dos.M.Qazıyev “Gəncə-Qazax bölgəsində alaq […]

Davamı

biologiya-kimya fakültəsinin tələbələrinə yeni azərbaycan partiyası vəsiqələrinin təqdim olunması

  Biologiya-kimya fakültəsinin 95 tələbəsinə Yeni Azərbaycan Partiyası vəsiqələri təqdim olundu. Vəsiqələri Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının şöbə müdiri İsmayıl İsmayılov, dekan dos.İ.Alverdiyev, dekan müavini dos.Z.İsmayılova təqdim etdilər.  Tədbirdə Yeni Azərbaycan Partiyasının uğurları və gələcək inkişafı haqqında çıxışlar dinlənildi.

Davamı

tələbələr beynəlxalq konfransda

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” adlı Beynəlxalq konfrans keçirildi. Dos.Z.İsmayılova və müəl.F.İsayevanın rəhbərliyi ilə tələbələr konfransa məsuliyyətlə hazırlaşmışlar. Kimya və biologiya müəllimliyi ixtisasının I kurs tələbələrindən A.Yusipova “Sehirli alginatlar  və şibyə turşuları” və G.Qasımova “Sehirli göbələklər” mövzusunda öz çıxışlarını etmişlər.  

Davamı

anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Könül Bayramovanın açıq dərsi keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Bayramova Könül Şaiq qızı Biologiya müəllimliyi ixtisasının II kursunda İnsan anatomiyası fənnindən “Həzm aparatı, borulu üzvlərin quruluşu” adlı açıq dərsi keçirildi. Müəllimin açıq dərs üçün mühazirə mətni, sillabusu, fənn proqramı var idi. Müəllimə mövzunu slaydlar və mülyajlar əsasında izah edərək tələbələrə mənimsətdi.

Davamı

Biologiya –Kimya fakültəsinin tələbələri çöl tədris təcrübəsində

Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin Biologiya, Biologiya-müəllimliyi ixtisasları üzrə tələbələri 1 may 2018-ci il tarixində Gəncə-Hacıkənd, Toğana, Göy-göl, Maralgöl istiqamətində çöl tədris təcrübəsində olmuşlar. Təcrübədə dos.Z.M.İsmayılova, b.e.ü.f.d.b/m. R.Z.Quliyeva, b/m.a.e.ü.f.d.Z.Tağıyeva, müəl.F.İsayeva və Tədris karyera şöbəsinin əməkdaşları L.Ələkbərova, A.Məhəmmədi iştirak etmişdilər. Təcrübə müddətində tələbələr meşə, çəmən, bozqır, subalp, alp bitkiliyi ilə tanış olmuş fitosenoloji müşahidələr aparmış və […]

Davamı

Kimya kafedrasında 27 aprel tarixində iclas keçirildi

İclasda Kimya kafedrasının fəxri professoru H.Kərimovun “Molibden, xassələri, birləşmələri, komplekslərinin alınması və analizlərdə tətbiqi, bitki və canlı aləmdə rolu” adlı monoqrafiyası müzakirə olundu. İclasda həmçinin dos.əv.M.Rzayevanın dosent elmi adı alması üçün “VII qrupun əlavə yarımqrup elementlərinin ümumi xarakteristikası” mövzusunda keçəcəyi açıq dərs və onun müzakirəsi ilə yanaşı digər məsələlər də müzakirə olundu.      

Davamı

Kimya kafedrasının baş müəllimi Namazova Leyli Oktay qızının açıq dərsi keçirildi

Kimya kafedrasının baş müəllimi Namazova Leyli Oktay qızının Kimya ixtisasının I kursunda Qeyri üzvi kimya-1 fənnindən “Nitrat turşusu və onun kimyəvi xassələri” mövzusunda laboratoriyadan açıq dərsi keçirildi. Açıq dərsdə Kimya kafedrasının dosentləri A.Məmmədova, M.Vəliyev, N.Ələkbərov, dos.əv.M.Rzayeva, baş müəllimlər F.Alverdiyeva və Y.Hacıyev iştirak etdilər. Laboratoriya dərsində nitrat turşusuna aid bir sıra təcrübələr aparılaraq nəticələr təhlil edilmiş […]

Davamı

26 aprel 2018

  26 aprel 2018-ci il tarixdə Biologiya-kimya fakültəsi Elmi şurasının iclası oldu. Gündəlik məsələlər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfransa hazırlıq işlərinin aparılması İxtisas kafedralarında keçirilmiş açıq dərslərin nəticələri 2018-2019-cu tədris ili üçün seçimi aparılmış fənlərin (seçmə fənlərin) müzakirə və təsdiqi Yaz semestri üçün planlaşdırılmış dərs saatlarının icra vəziyyəti İxtisas […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ BioCore (Exploring scientific community) DÜNYA KONQRESİNİ TƏMSİL EDƏCƏKDİR

Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzov iyunun 25-27, 2018-də Birləşmiş Ərəb Əmirliyində (Dubai) keçiriləcək 2-ci Biotechnology və Bioengineering Dünya Komqresinə dəvət almışdır. Konqres ABŞ, Pakistan, Hindistan, Kuba, Belçika, Rusiya, Türkiyə, Benqladeş, Liviya. Misir, Ukrayna, Gürcustan, Koreya,Yəmən, Avstraliya, Avstriya. Kanada, İtaliya. Qazaxistan, Tayva,Yunanıstan,  və s. 42 ölkənin nümayəndə heyətinin  iştirakı ilə keçiriləcəkdir. Konqres […]

Davamı