BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI ELMİ EKSPEDİSİYADA
Universitetin tematik planına müvafiq olaraq “Azərbaycanın qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyi və genofondunun mühafizəsi” problemi üzrə elmi-tədqiqat işlərinin aparılması məqsədilə 23.05.2019-cu il tarixdə kafedranın professor-müəllim, doktorant, dissertant və magistrlərin (26 nəfər) Gədəbəy-Tovuz rayonları marşurutu üzrə elmi ekspedisiya olmuşlar.
ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları ekspedisiyada olmuşlar
Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları elmi-tədqiqat işinin “Qərb bölgəsində torpaqların səhralaşma problemi” adlı mövzusunda aparılması məqsədilə 17.05.2019-cu il tarixində ilk dəfə olaraq Göy-göl Milli Parkının ərazisinə aid olan “Göz-göl” və “Ördək gölü”nə səyahət etmişdilər. Milli Parkın inzibati binasının işçiləri bələdçilik edərək, çətin olan cığırlarla nəzərdə tutulan əraziyə keçməkdə kafedranın əmkdaşlarına yaxından köməklik göstərmişlər. Ərazinin […]
GƏNCƏ STARTAP GÜNLƏRİ YARIŞMASININ QALİBİ OLAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentində Gəncə Startap Günləri yarışmasının qalibi olan tələbələrlə görüş keçirilib. Elm və İnnovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Biologiya-Kimya Fakültəsinin dekanı İsfəndiyar Alverdiyev və İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov tələbələri təbrik edib. Qeyd edilib ki son dövrlər ölkəmizin bir çox yerində olduğu kimi Gəncə Dövlət Universitetində də innovasiya və startap mövzularına xüsusi […]
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN STARTAP KOMANDASI STARTAP GÜNLƏRİ YARIŞMASININ QALİBİ OLUB!!!
17 -18 may 2019-cu il tarixdə Gəncədə Startap Günləri təşkil olunub. 2 gün davam edən tədbirdə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri iştirak ediblər. Yarışda iştirak edən Gəncə Dövlət Universitetinin Biologiya-Kimya fakültəsinin tələbələrindən ibarət startap komandası 1-ci yerə layiq görülüb. Qeyd edək ki Startap Günləri Azərbaycan Respublikasının Prezidenti yanında […]
biologiya-kimya fakültəsinin tələbələri çöl tədris təcrübəsində
Təcrübə və Karyera şöbəsi, Botanika kafedrasının müəllim heyəti (dos.Z.İsmayılova, a.ü.f.d.Z.Tağıyeva, müəllim F.İsayeva) Kimya və biologiya müəllimliyi və Biologiya müəllimliyi ixtisasının tələbələri ilə Gəncə-Hacıkənd, Toğana marşrutu üzrə çöl tədris təcrübəsi keçmişlər. Təcrübədə tələbələr aqrofitosenozlar, meşə-çəmən, bozqır, dağ kserofit bitkiçiliyi ilə tanış olmuş, fitosenoloji müşahidələr aparılmış, herbari nümunələri toplanmış və həmin materiallar tələbələrin tədris hesabatlarının toplanmasında istifadə […]
gdu-da ulu öndər h.əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş müasir təbiət və iqtisad elmlərinin aktual problemləri adlı beynəlxalq elmi konfrans keçirilmişdir
Konfransda 14 xarici ölkədən qonaqlar iştirak etmişlər. Ümumilikdə konfransda 150-yə yaxın qonaq olmuşdur.
elmi şura
26 aprel 2019-cu il tarixdə Biologiya-kimya fakültəsi Elmi şurasının iclası oldu. Gündəlik məsələlər 1.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfransa hazırlıq işlərinin aparılması. 2.Rektorluğun 2018-2019-cu tədris ilində yaz imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi haqqındakı 01.04.2019-cu il tarixli 5/74 saylı əmrindən irəli gələn vəzifələrin icrası. 3.Fakültədə keçirilmiş monitorinq və açıq […]