Botanika kafedrasının doktorantı Mustafayeva Vüsalə Sahib qızının “Biologiya üzrə fəlsəfə doktoru” elmi dərəcəsini alması üçün ilkin müzakirəsi keçirildi.

Bu günlərdə Botanika kafedrasının doktorantı Vüsalə Mustafayevanın Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Gülçiçəlilər fəsiləsinin (Rosaceae) bəzi növlərinin anatomik-morfoloji və bioekoloji xüsusiyyətləri” mövzusunda (2417.01 Botanika) dissertasiya işinin müzakirəsi keçirilmişdir. Elmi rəhbər Biologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi V.S.Novruzov, Biologiya üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim B.M.Əliyevdir. Dissertasiya işinə GDU-nun Ekologiya kafedrasının müdiri, Biologiya elmləri doktoru, professor əvəzi S.Əhmədova, AQU-nun kənd təsərrüfatı elmləri doktoru, professor Z.İbrahimov müsbət rəy vermişlər. Müzakirələrdə iştirak edən Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili, tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə, provessor, əməkdar elm xadimi Vaqif Novruzov, dosent, əməkdar müəllim Bəhman Əliyev, dosent Kimya-Biologiya fakultəsinin dekanı İsfəndiyar Alverdiyev, professor Heydər Qasımov, Tünzalə İsgəndərova, dosent Məhəmmədiyyə Qazıyev çıxış edərək dissertasiya işinin yüksək qiymətləndirmişlər. Dissertasiyanın müdafiyəyə təqdim olunmasını qərara almışlar.