avrasiya Əməkdaşlıq fondunun “Gənclər-vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” layihəsi yekunlaşıb.

IMG-20171026-WA0021

Avrasiya Əməkdaşlıq fondunun maliyyə dəstəyi ilə “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin ekspertləri tərəfindən icra edilən “Gənclər-vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” layihəsi yekunlaşıb.

21-22 oktyabr, 2017-ci il tarixlərində Gəncə şəhər Gənclər evində təlimlərdə iştirak etmiş komandaların təlimlər müddətində inkişaf etdirdikləri Startup (innovativ biznes) ideyalarının müəyyən həcmdə faktiki inkişaf etdirilməsi və ideyaya müvafiq fəaliyyətin onlar tərəfindən icra edilməsi, o cümlədən, layihənin davamlılığının təmin edilməsi məqsədilə “Davamlılıq görüşləri” tədbiri baş tutdu. Layihənin sonuncu tədbirində bütün iştirakçıların cəlb olunduğu STARTAP müsabiqəsində qalib olan 3 komanda öz Startup ideyaları, reallaşma potensialı və təqdimat bacarıqlarına görə mükafatlandırıldı. (I yer-“BioBone”, II yer “RentBike” və III “İshveren” komandaları) və sonda təlim iştirakçıları sertifikatla təltif olundular. Hər iki mərhələdə yüksək nəticə göstərərək qalib adını qazanan komanda üzvlərindən biri də Fərəh Qasımovadır. (I yer-“BioBone”)

Fərəh Qasımova GDU Enactus Proqramının proqram meneceri, “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” İB-in, “Gəncə Marafonu-2017” Mərkəzinin könüllüsü, GDU-nun Biologiya-kimya fakültəsinin tələbəsidir. Qalib gələn komandanı təbrik edirik.

Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov və Gəncə şəhər Gənclər evinin direktoru Amil Qurbanov da iştirak etdilər. Qalib gələn komandaları təbrik edirik!