03 noyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun tələbələrlə növbəti görüşü Baş binanın akt zalında oldu. Bu dəfə görüşdə Filologiya, İqtisadiyyat və idarəetmə, Biologiya-kimya, Tarix-coğrafiya fakültələrinin II və IY kurs tələbələri iştirak edirdilər.
Müəllimlərin, dekanların iştirak etmədiyi bu görüşdə tələbələr səmimi qayğıya və diqqətə görə rəhbərliyə təşəkkürlərini bildirməklə bərabər, bəzi narazı qaldıqları məsələləri də açıq-aşkar deməyi unutmadılar.
Son illər Universitetdə aparılan təmir işləri, maddi-texniki bazanın daha da zənginləşdirilməsi, Beynəlxalq əlaqələrin gücləndiyi, tədrisin keyfiyyətinin müasir tələblər səviyyəsinə çatdırılması prosesində bəzi müəllimlərin yaratmaq istədiyi neqativ hallar, tədris prosesində çatışmazlıqlar istər-istəməz tələbələrlə bərabər, rəhbərliyi də narahat etməyə bilməz. Bu mənadan da rəhbərliklə tələbələrin görüşü, neqativ halların, bəzi çatışmazlıqların aşkarlanması xüsusi əhəmiyyət kəsb edir.