REKTOR TƏLƏBƏLƏRLƏ GÖRÜŞDÜ

DSC_3022-600x400

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov 26 oktyabr 2015-ci il tarixdə Filologiya, İqtisadiyyat və idarəetmə, Biologiya- kimya, Tarix-coğrafiya fakültələrinin, 27 oktyabr 2015-ci il tarixdə Pedaqoji, Fizika və texniki fənnlər, Riyyaziyyat-informatika və Xarici dillər fakültəsinin tələbələri ilə görüş keçirdi.

Yusif müəllim ilk öncə tələbələri Universitetin ayrı-ayrı tədris binalarında aparılmış təmir işlərindən, istilik sistemin yaradılmnasından, maddi-texniki bazanın zənginləşdirilməsindən və Avropa standartları səviyyəsinə çatdırılmasından, idman şəraitinin daha da yaxşılaşdırılmasından, Y tədris binasında aparılan geniş məqsədli əsaslı yenidənqurmadan bəhs etdi. Onu da bildirdi ki, indiyədək tələbələr onlar üçün inşa edilmiş yataqxanalardan istifadə edə bilməyib kirayə evlərdə yaşamış, bu da onların ailə büdcələrinə ciddi təsir etmişdir. Artıq qaçqınlar çıxarılan bu binalar dövlətin qayğısı sayəsində yaxın vaxtlarda təmir olunub, müasir tələblər səviyyəsində tələbələrin istifadəsində veriləcəkdir. Biz, cənab Prezidentimizin qayğısı sayəsində sizin üçün bu şəraiti yaradırıq ki, yaxşı oxuyasınız, xalqımızın gələcəyi üçün bacarıqlı, qabiliyyətli mütəxəssislər kimi gənc nəslə öz töhfələrinizi verəsiniz. Mən sizi dekanların, müəllimlərin iştirakı olmadan qəbul etmişəm. Çəkinmədən fikirlərinizi bildirəsiniz, sizi narahat edən məsələlər varsa, mənimlə bölüşəniz ki, Universitetin şərəfinə qüsur gətirəcək neqativ halları vaxtında aradan qaldıraq.

Biologiya -kimya fakültəsinin III kurs tələbələri fakültdə yaradılan şəraitə, yenidən qurulan laboratoriyalara, ağıllı lövhələrin quraşdırılmasına görə Yusif müəllimə öz təşəkkürlərini bildirdilər.

Rektor tələbələri maraqlandıran sualları cavablandırdı, onlar tərəfindən irəli sürülən təkliflərin yerindəcə həll edilməsinə göstərişlər verdi, tələbələri narahat edən bəzi neqativ halların tezliklə aradan qaldırılacağını onların nəzərinə çatdırdı.

Rektorun tələbələrə diqqət və qayğısı, məsələlərin yerindəcə həll olunması görüşün səmimiliyinə və səmərəliliyinə imkan yaratdı.