İCLAS KEÇİRİLDİ

DSC_5802-600x400

27 noyabr 2015-ci il tarixdə Baş binanın akt zalında rektor professor Yusif Yusibovun rəhbərliyi ilə iclas keçirilmişdir. İclasa prorektorlar, dekanlar, kafedra, bölmə və şöbə müdirləri dəvət olunmuşdular.

Professor Yusif Yusibov ilk öncə iclas iştirakçılarını verilmiş əmrə əsasən tədris köməkçi heyətin attestasiyası ilə bağlı 25 noyabr tarixindən başlayan birinci mərhələnin test imtahanlarının gedişatı haqqında məlumatlandırdı. Bu sahədə komissiyanın təşkilati və hazırlıq işlərindən, imtahanın gedişatının obyektivliyindən razı qaldığını bildirdi.

Fakültələr və kafedralar üzrə saytın vəziyyəti haqqında Mətbuat və ictimaiyyətlə əlaqənin rəhbəri Maqbet Əhmədov və sayta nəzarət edən Asif Həsənovun məlumatı dinlənildi. Professor Yusif Yusibov bu sahədə mövcud qüsurların bir neçə dəfə deyilməsinə baxmayaraq təkrar davam etməsini nəzərə çatdırdı. Eyni zamanda İqtisadiyyat və idarəetmə, Biologiya-kimya fakültəsinin nümunəvi işini misal göstərməklə bərabər, digər dekanların və kafedra müdirlərinin bu vacib işə səhlənkarlıqla yanaşdıqlarını xüsusilə vurğuladı.

Professor Yusif Yusibov qarşıdan gələn imtahanların hazırlığı ilə bağlı məlumatları dinlədi, imtahanlarla bağlı mühazirə mətnlərinin Universitetin saytına qoyulması prosesinin tezliklə başa çatdırılması, həmçinin yazılı və test formalarında keçiriləcək imtahan suallarının hazırlanaraq dekabr ayının 10-dək tələbələrə çatdırılması haqda tapşırıqlar verdi.

İnzibati-təsərrüfat işləri üzrə prorektora Universitetin tədris binasının təhlükəsizliyini təmin etmək məqsədilə kənar şəxslərin binalara icazəsiz daxil olmalarının qarşısını almaq və Universitet əməkdaşlarının binaya daxil olmalarını tənzimləmək məqsədilə buraxılış vəsiqələrinin hazırlanmasının tezliklə başa çatdırılması ilə əlaqədar göstəriş verildi.