Botanika kafedrasında AMEA-nın Botanika İnstitutunun nəznində fəaliyyət göstərən dissertasiya şurasının qərarına əsasən BDU-nun doktorantı Dilruba Burxan qızı Məmmədovanın “Sumqayıtçay hövzəsinin florasın, bitkiliyi (müasir vəziyyəti, antropogen təsirlər) və qorunma yolları” mövzusunda dissertasiya işinin aparıcı təşkilat kimi müzakirəsi keçirilmişdir.
Müzakirədə Botanika Kafedrasının əməkdaşları, həmçinin GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru dos. P.O.Kərimzadə, GDU-nun AHİK-nin sədri A.Q.Qasımiva, Biologiya–Kimya fakültəsinin dekanı dos. İ.C.Alverdiyev, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, prof. b.ü.e.d. S.Z.Əhmədova, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri, b.ü.f.d., dos. V.F.Məmmədova, Kimya kafedrasının müdiri dos. A.Məmmədova, b.ü.f.d., dos. T.R. Rüstəmova, b.ü.f.d., dos. E.Z.Ağayeva, b.ü.f.d., dos. M.F.Rzayeva, Coğrafiya kafedrasının dosenti, b.ü.f.d., R.M.Nuriyev iştirak etmişlər. Doktorant Dilruba Burxan qızı Məmmədova dissertasiya işi haqqında məlumat vermiş, verilmiş sualları cavablandırmışdır.
Müvafiq qərarda işin elmi-təcrübi əhəmiyyəti qeyd edilmişdir.
İclasın sədri AMEA-nın müxbir üzvü, prof.V.S.Novruzov son dövrlərdə dissertasiya işlərinə aparıcı təşkilat, rəsmi opponent kimi rəylərin verilməsi, əməkdaşlarımızın müxtəlif müdafiə şuralarının üzvü olmalarını Universitetin nüfuzunun artması ilə əlaqədar olduğunu göstərmişdir.