Gəncə Dövlət Universitetinin “Biologiya-kimya” fakültəsinin dekanlığı tərəfindən 2018-ci il mart ayının 16-də baş binada “Səməni bayramı” keçirildi. Səməni “Novruz” bayramının milli atributlarından biridir. Suyun, torpağın, havanın, insan qəlbinin təzələnməsi, yeni gün kimi xalqımızın yaddaşında daimi saxlanılır, bu bayram xalqımıza sevinc və fərəh, ruzi bolluğu yaratmaq həvəsi verir.
Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru professor Y.Ə.Yusibov, rektorun baş müşaviri dos.A.Cavadov, kafedra müdirləri-AMEA-nın müxbir üzvü Əməkdar elm xadimi professor V.Novruzov, professor S.Əhmədova, dos.V.Məmmədova və professor-müəllim, tədris köməkçi heyəti və tələbə kollektivi iştirak etdilər. Sonda qruplar mükafatlandırıldı.