TƏLƏBƏLƏRİN SINAQ DƏRSLƏRİ

20151211_102604-576x384

Biologiya-kimya fakültəsinin kimya və biologiya müəllimliyi ixtisaslarının IY kurs tələbələri pedaqoji təcrübəyə olduqca məsuliyyətlə yanaşır, gələcəkdə nümunəvi müəllim olmaq üçün nəzəri biliklərini təcrübi cəhətdən yüksək səviyyədə həyata keçirməyə səy göstərirlər.
Bu günlərdə biologiya ixtisası üzrə IY kurs tələbəsi Ləman Məmmədova N.Nərimanov adına 25 saylı tam orta məktəbin 10-cu sinfində “Fotosintez”, kimya müəllimliyi ixtisası üzrə IY kurs tələbəsi Günel Dadaşova  M.C. Paşayev adına 39 saylı tam orta məktəbin 9-cu sinfində “Karbon turşuları haqqında məsələ həlli”, həmin ixtisasın  IY kurs tələbəsi Əfsanə Zahidli “Energetik  səviyyələrdə orbitallarin elektronlarla dolması ardıcıllıgı, atomların elektron formollarına aid məsələ həlləri” mövzusunda sınaq dərsləri keçmişlər.
Sınaq dərslərində və müzakirələrdə iştirak edən   Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov,  təcrübə rəhbəri  dosent Cabbar Qarayev, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri dosent Vəfa Məmmədova, üsul müəllimlərindən Kimya kafedrasının baş müəllimi Firdus Alverdiyeva, fənn müəllimi Sevda Məmmədova və başqa iştirakçılar öz təkliflərini deməklə yanaşı, təcrübəçi tələbələrin məqsədlərinə nail olduqlarını bildirdilər.