28 yanvar 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin I tədris binasının iclas zalında Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilmişdir. İclasa başlamazdan əvvəl rektor professor Yusif Yusibov Tağıyev Tağı İbrahim oğlunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Kimya kafedrasının professoru elmi adı verilməsi münasibətilə təbrik edib, ona can sağlığı və pedaqoji fəaliyyətində, elmi tədqiqatlarında yeni-yeni nailiyyətlər arzuladı. Daha sonra “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının gənc müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəhimov Mehdi Nizami oğlunu Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilən “İlin peşəkar gənci” adlı müsabiqə fəal iştirakına görə fəxri fərmanla təltif edilməsi, Universitetin Tələbə Gənclər Təşkilatının sədri, İqtisadiyyat və idarəetmə fakültəsinin iqtisadiyyat ixtisasının IV kurs tələbəsi Məmmmədov Orxan Natiq oğlunu Azercell Bölgə Tələbə Proqramına əsasən Azercell təqaüdçüsü adını qazanması, Əliyev Tural Xəlil oğlunu və komanda üzvlərini Respublika ali məktəbləri arasında futsal üzrə keçirilən yarışlarda III yerə sahib olduqları, qiyabi təhsil alan tələbəmiz Mustafa Abbaşlını dünya düzdo yarışlarında qalib çıxması münasibətilə təbrik edib, qazanılmış fəxri fərmanları, kubok və medalları Elmi Şura üzvlərinin alqışları altında onlara təqdim etmişdir.
Təbriklərdən sonra professor Yusif Yusibov gündəlik məsələləri nəzərə çatdırdı. “Kafedralarda dinlənilmiş açıq dərslərin müzakirəsi”, “Tədris ilinin I yarısında keçirilmiş pedaqoji və istehsalat təcrübələrinin yekunları haqqında” məsələlər müzakirə olunub lazımi qərarlar qəbul olundu. Biologiya-kimya fakültəsinin beş illik fəaliyyətinin müzakirəsi zamanı professor Daşdəmir İsayev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Şahin Xurşudov, Botanika kafedrasının müdiriu, professor, Əməkdar elm xadimi Vaqif Novruzov, kimya kafedrasının müdiri dosent Qulu Qurbanov , dosent Heyder Bayramov çıxış edərək fakültədə mövcud vəziyyətin, nizam-intizamın, tədris prossesinin, elmi-tədqiqat işlərinin qənaətbəxş səviyyədə olduğunu, dekan İsfəndiyar Alverdiyevin özünü idarəetmədə qabiliyyətli kadr kimi göstərdiyini xüsusilə vurğuladılar. Anatomiya, fiziologiya və zoologiya kafedrasının beş illik fəaliyyətinin də yekdilliklə qənaətbəxş olması qərara alındı.
Sonda gizli səsvermə zamanı səs çoxluğu ilə tarix üzrə fəlsəfə doktoru, baş müəllim Babayeva Səidə Kamran qızı Azərbaycan tarixi kafedrasında, riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim Salmanova Günay Hüseyn qızı Həndəsə və cəbr kafedrasında boş olan dosent yerinə seçildilər.