Məktəblilərin fakültəmizə ekskursiyası

Gəncə Dövlət Universitetində vaxtaşırı keçirilən tədbirlərdən biri də şagirdlərlə qarşılıqlı təmasın yaradılmasdır. “Açıq qapı” adlanan həmin gün respublikamızın müxtəlif bölgələrinin məktəblərinin şagirdləri ilə müxtəlif görüşlər keçirilir.
Bu dəfə fakültəmizin qonağı yuxarı sinif şagirdləri idi. Fakültənin dekanı dosent İsfəndiyar Alverdiyev şagirdlərlə görüşündə bildirdi ki, gənc nəslin karyerasını müəyyən etməsində, düzgün peşə və ixtisas seçiminin istiqamətləndirilməsində belə tədbirlərin əhəmiyyəti böyükdür.
Görüşün sonunda şagirdlərin çoxsaylı sualları cavablandırıldı. Onlara universitet haqqında geniş məlumat verildi. Universitetlə tanış olan şagirdlərin hər biri GDU-nun tələbəsi olmaq arzusunda olduqlarını dilə gətirdilər. Məktəblilər universitetdən xoş təəssüratlarla ayrıldılar.
Fakültəmiz adından həmin tələləbələrə uğurlu gələcək arzulayırıq!!