Şəhidimiz 20 mart 1998-ci ildə Salyan rayonunun Kürsəngi kəndində dünyaya göz açmışdır. Atası İsaxan kişi Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 2004-cü ildə Kürsəng kəndindəki Mayılov Qarabala adına orta məktəbin birinci sinfinə getmişdir. 2015-ci ildə həmin məktəbdən 2 məzun olmuşdur. Şəhidimiz elə həmin ildə Gəncə Dövlət Universitetinə qəbul olmuşdur. 4 il ərzində Səməndər universitetimizin ictimai həyatında aktiv, seçilmiş tələbələrdən olmuşdur. Məzun olduqdan sonra 10 iyul 2019-cu ildə ordu sıralarına daxil olmuşdur. 11 iyul 2020-ci ildə hərbi xidmətini başa vurmuşdur. 21 sentyabrda səfərbərlik elan edildiyi zaman orduya qatılmış və İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Qəhrəmanlıqla vuruşaraq 21 oktyabr 2020-ci ildə Cəbrayılın Xudafərin körpüsü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz “Cəbrayıl rayonunun azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Səməndər İmanov 2015-2019-cu illərdə Gəncə Dövlət Universitetində təhsil alıb. Oxuduğu müddət ərzində Yeni Azərbaycan partiyasının üzvü, GDU-nun gənclər təşkilatının sədr müavini kimi ictimai fəaliyyətdə olub. Həmişə ictimai fəallığı ilə seçilib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.Bir illik hərbi xidmətdən sonra geri dönüb. 2020-ci il səfərbərlik xidməti ilə yenidən hərbi xidmətə yollanıb.
21 oktyabr 2021-ci il tarixində ŞƏHİDİMİZİN İLDÖNÜMÜDÜR. Bu münasibətlə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova tələbələrlə birgə Səməndər İmanovun əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. ALLAH ŞƏHİDİMİZƏ RƏHMƏT ELƏSİN!!!
Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbir diləyirik!
Ruhun şad olsun şəhidim!