Kimya kafedrasının baş müəllimi Zeynalova Sevinc Vilayət qızı Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda Həyat fəaliyyətinin kimyəvi əsasları fənnindən “Toyuq hüceyrəsində və süddə zülalın təyini” mövzusunda açıq dərs keçmişdir. Açıq dərsdə kafedra müdiri dos.A.Məmmədova, k.ü.f.d.P.Hüseynova, b/m.Z.Əliyeva, b/m.V.Qəhrəmanova, b/m.A.Zeynalova və müəllim E.Qəhrəmanov iştirak etmişlər. Dərsdə zülalların keyfiyyət reaksiyaları-Biuret, Ninhidrid, Ksantoprotein, Millon reaksiyaları nümayiş etdirilmiş və bu reaksiyaların hər birinə aid reaksiyalar lövhədə yazılaraq, rəng dəyişmələrinin səbəbi izah edildi. Dərsin sonunda tələbələr zülallara dair qısamüddətli videoçarxa baxdılar.