Kimya-biologiya fakültəsinin tələbəsi Ağdamda!

“Bir Könüllü” Təşkilatı və Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi əməkdaşlığı çərçivəsində AMCHAM  və SOCAR nümayəndələrinin,  Ağdam könüllülərin həmçinin ,Gəncə Dövlət Universitetinin tələbəsi Əsli Məhərrəmovanın Ağdam şəhərənə səfəri baş tutub.

Ağdam şəhərində İmarət kompleksini, Çörək muzeyini, Dövlət Dram Teatrını, Cümə məscidini, Qiyaslı məscidini, Şahbulaq kompleksini ziyarət ediblər. Xanəndələr Dövlət Dram Teatrının qarşısında qonaqlara milli musiqilərimizi səsləndiriblər.