24.11.2021-ci il tarixində Kimya kafedrasının b/m., k.ü.f.d. Xəyalə Kəsəmənlinin Biologiya müəllimliyi ixtisasının III kurs tələbələrinə Üzvi kimya fənnindən “Etilenin alınması və xassələri” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə kafedra müdiri dos.A.Məmmədova və kafedranın əməkdaşları iştirak etmişlər. Laboratoriya dərsi pilot layihənin tətbiq edildiyi Biologiya müəllimliyi ixtisasında Blum taksonomiyasına uyğun keçirilmişdir. Tələbələr laboratoriya işini fərdi şəkildə yerinə yetirmiş, nəzəri bilikləri təcrübi olaraq tətbiq edərək müşahidələrini dərsin sonunda yazılı hesabat şəklində təqdim etdilər. Qeyd olunanlarla yanaşı müəllim hər bir tələbəyə mövzunun nəzəri hissəsinə aid bir neçə test tapşırığı paylayaraq dərsin sonunadək onların cavablarını təhlil edib qiymətləndirmələrini apardı.