Kimya kafedrasının müəllimi Elşən Qəhrəmanovun Kimya ixtisasının II kurs tələbələrinə Qeyri-üzvi kimya-2 fənnindən “Alüminium və birləşmələrinə aid təcrübələr” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri dos.A.Məmmədova və kafedranın əməkdaşları iştirak etdilər. Tələbələr alüminiuma dair bir neçə laboratoriya işinin gedişini danışdıqdan sonra müəllim E.Qəhrəmanovun göstərişi ilə təcrübələr nümayiş etdirdilər. Bəzi reaksiyaların ekzotermik olması təcrübədən alınmış alüminium hidroksidin amfoter xassəli olmasının səbəbi müəllim tərəfindən tələbələr qarşısında sual kimi qoyuldu və ətraflı izah edildi.