29 mart 2022-ci il tarixdə fakültə Elmi şurası keçirildi. Elmi şurada aşağıdakı məsələlər müzakirə olundu. 1.Fakültənin “Biologiya”, “Biologiya müəllimliyi”, və “Ekologiya mühəndisliyi” və “Kimya və biologiya müəllimliyi” ixtisaslarına VIII və X semestrlər üçün tədris planlarına daxil edilmiş təcrübələrin icrası üçün görülən tədbirlər. 2.Yekun Dövlət attestasiyasına hazırlıq işlərinin aparılması (Dövlət imtahanı qəbul ediləcək fənlərin müəyyənləşdirilməsi, “Buraxılış işi”, “Dövlət imtahanı” komissiyaları sədrliyinə namizədlərin dəvət olunması, “Buraxılış işi” və “Dövlət imtahan” komissiyalarının yaradılması). 3. 2022-2023-cü tədris ili üçün seçmə fənlərin seçiminə dair aparılan hazırlıq işləri. 4. İxtisas kafedralarında mühazirə, seminar və laborator məşğələlərinin tədrisi keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər. (Açıq dərslərin keçilməsi).