Kimya kafedrasının müəllimi Günel Zeynalovanın Kimya ixtisasının II kursunda “Kimyəvi materialşünaslıq” fənnindən “Birbaşa sintez metodu” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Şahin Xurşudov, dekan dosent İsfəndiyar Alverdiyev və Kimya kafedrasının əməkdaşları iştirak etdilər.