1918-ci ildə erməni daşnakları Azərbaycanın müxtəlif bölgələrində – Bakı quberniyasında, Şamaxıda, Lənkaranda, Qubada, Qarabağda, Muğanda, Naxçıvanda və digər ərazilərdə kütləvi qətllər törətmiş, qısa zaman ərzində 50 mindən çox insanı amansızcasına qətlə yetirmişlər.
GDU-nun Kimya kafedrasının əməkdaşları 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət etmişlər. Ziyarət zamanı kafedra əməkdaşları şəhidlərin məzarları üzərinə qərənfil qoyaraq, şəhidlərin ruhu qarşısında baş əymiş, onların xatirələrini bir dəqiqəlik sükutla yad etmişlər.