Mehti Mehtizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində Kimya və biologiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Hacıyeva Vüsalə Xəqani qızının 7b sinifində Kimya fənnindən “Hidrogen alınması və xassələri” mövzusunda sınaq dərsi keçirilmişdir.
Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Şahin Xurşudov, dekan dosent İsfəndiyar Alverdiyev, Kİmya kafedrasının müdiri dosent Aynur Məmmədova, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, təcrübə rəhbəri baş müəllim Vüsalə Qəhrəmanova, həmin məktəbin fənn müəllimi Sevda Abbasova, məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər.
Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər tamamilə ödənildi.
Tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.