UNİVERSİTETİN BAZA MÜƏSSİSƏSİNDƏ TƏCRÜBƏÇİ TƏLƏBƏ Abuzərli Nazənin Gəray QIZININ SINAQ DƏRSİ KEÇİRİLDİ

27 saylı məktəb-liseyində Kimya və biologiya müəllimliyi ixtisasının V kurs tələbəsi Abuzərli Nazənin Gəray qızının 7-ci sinifdə Biologiya  fənnindən “Xordalılar tipi” mövzusunda sınaq dərsi keçirilmişdir. 

Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Şahin Xurşudov, dekan dosent İsfəndiyar Alverdiyev, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri biologiya elmləri doktoru Vəfa Məmmədova, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev təcrübə rəhbəri müəllim Zərifə Seyidova və təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu.