aprel döyüşlərinə həsr olunmuş tədbir keçirildi

Gəncə Dövlət Universitetində “Aprel döyüşləri: Böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirildi. Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açdıqdan sonra torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərərək şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, himn səsləndirilmişdir. Sonra universitetin Kimya-biologiya fakültəsinin dekanı, dosent İsfəndiyar Alverdiyev “Böyük qayıdışın başlanğıcı”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Aprel döyüşləri-Zəfərə gedən yol”, Biologiya-kimya kafedrasının baş müəllimi Zəhra Əliyeva “Şəhidlər ölməz, Vətən bölünməz” mövzularında məruzələrlə çıxış etdilər. Sonda tədbirdə iştirak edən Vətən müharibəsi qazilərinə, eləcə də şəhid övladlarına universitetin xatirə hədiyyələri təqdim olundu.