açıq dərs

“Qığırdaqlı balıqların morfoloji xüsusiyyətləri və təsnifatı” mövzusunda Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi a.ü.f.d. Abdullayeva Lalə Rəşid qızı dosent yerinə seçilmək üçün universitet tərəfindən yaradılan komissiya qarşısında açıq dərs dedi. Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Şahin Xurşudov, Elmi katib Teymur İsmayılov, dekan dosent İsfəndiyar Alverdiyev, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri biologiya elmləri doktoru Vəfa Məmmədova, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, Tədris departamentinin direktoru Elturan Yusibov və dosent Tükəzban Rüstəmova iştirak etdilər.

İlk növbədə müəllimə Xordalılar tipinin təsnifatı və onların səciyyəvi əlamətlərini qeyd etdi. Həmçinin Qığırdaqlı balıqların dəstələri olan akulaların, skatların və ximerlərin ekoloji mühitləri haqqında geniş məlumat verdi. Abdullayeva Lalə Rəşid qızının təqdim etdiyi dərs Blum taksonomiyasına uyğun hazırlanmışdı. Sonda komissiya üzvləri yekdilliklə onun dosent adı almasına layiq olması fikrini söylədilər.