Kimya kafedrasında magistratura təhsil səviyyəsinin Analitik kimya ixtisasının II kurs tələbəsi Musayeva Aytən Vüqar qızının Biologiya müəllimliyi ixtisası üzrə III kurs tələbələrinə “II qrup kationlarının xüsusi reaksiyaları və qarışığının analizi” mövzusunda sınaq dərsi olmuşdur. Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dos.Cabbar Qarayev, kafedra müdiri dos. Aynur Məmmədova və magistrantın rəhbər müəllimi k.ü.f.d., b/m. Pərvanə Hüseynova iştirak etdilər. Magistrant Musayeva Aytən laboratoriya işinin nəzəri hissəsini tələbələrdən sual-cavab əsasında soruşduqdan sonra müəllimin iştirakı ilə tələbələr təcrübi hissəsini praktik olaraq nümayiş etdirdilər. Sonda sınaq dərsi müzakirə edilərək yüksək qiymətləndirildi.