Kimya kafedrasının dosenti Mətanət Firuddin qızı Rzayevanın Kimya və biologiya müəllimliyi II kurs tələbələrinə Qeyri-üzvi kimya-2 fənnindən “II B qrup elementlərinin ümumi xarakteristikası” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə AMEA-nın müxbir üzvi, b.e.d., prof. V.Novruzov, dekan dos.İ.Alverdiyev, Kimya kafedrasının müdiri dos. A.Məmmədova, k.ü.f.d, b/m. X.Kəsəmənli, b/m. b/m. F.Məmmədova, b/m.L.Nmamazova, b/m. Ü.Sadıqova iştirak etmişdir.
Dos. M.Rzayeva açıq dərsdə əvvəlcə auditoriyanı keçmiş dərsə aid ümumiləşdirici suallarla aktivləşdirdi, yeni dərsin mövzusuna aid əlaqələndirici suallar verdikdən sonra açıq dərsin mövzusuna başladı. O, sink, kadmium və civənin müxtəlif təbii minerallarının kristallarını, onların kristal qəfəslərinin qruluşunu hər biri üçün xarakterik olan hibridləşmə vəziyyətini, yaranma səbəbi və uyğun fəza formalarına aid slaydlar nümayiş etdirdi. Bundan başqa açıq dərsdə II B qrup elementlərinin alınma üsulları və kimyəvi xassələri tələbələrin nəzərinə çatdırılaraq, mühazirə dəftərlərində müvafiq qeydlər aparıldı. Ümumilikdə dərs yüksək səviyədə fənn müəllimi tərəfindən yüksək məsuliyyətlə təşkil edilmişdir.