Kimya kafedrasının baş müəllimi Aygün Elxan qızı Zeynalovanın Kimya və biologiya müəllimliyi ixtisasının 21 qrup tələbələrinə “Qeyri-üzvi kimya-2” fənnindən “Xrom və onun birləşmələrinə aid təcrübələr” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə fakültə dekanı dos. İ.Alverdiyev, Kimya kafedrasının müdiri dos.A.Məmmədova, dos.M.Rzayeva, k.ü.f.d., b/m. P.Hüseynova, k.ü.f.d, b/m. X.Kəsəmənli b/m. S.Zeynalova, b/m. L.Namazova, b/m. F.Məmmədova və b/m. Y.Hacıyev iştirak etmişlər.
Açıq dərs xromun alınmasına aid təcrübənin aparılması ilə başladı. Sonra xrom oksidlərinin alınması reaksiyaları aparıldı. Xrom-3 oksid, amonium bixromat əsasında “vulkan püskürməsi” reaksiyası ilə, xrom-6 oksid xromat və bixromat məhlullarına qatı sulfat turşusu ilə təsir edilməklə və xroma aid digər çoxsaylı təcrübələr əyani şəkildə aprılaraq müəllim tərəfindən nəzəri və praktiki biliklərin üst-üstə düşməsi ətraflı şəkildə izah edildi.
Açıq dərsdə tələbələr müəllimin rəhbərliyi altında digər reaksiyaları da, nümayiş etdirərək laboratoriya dəftərlərinə təcrübələrin nəticələrinə aid müvafiq qeydlər apardılar. Ümumilikdə dərs fənn müəllimi tərəfindən yüksək səviyyədə və məsuliyyətlə təşkil edilmişdi.