Botanika kafedrasının baş müəllimi Aynur Hüseynzadənin Biologiya müəllimliyi ixtisasının III kursunda S/f.Enzimologiya fənnindən “Fermentlərin fəallığının tənzimlənməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə AMEA-nın müxbir üzvü prof.V.Novruzov, dos.İ.Alverdiyev, dos.M.Həsənov, dos.Z.İsmayılova və başqa əməkdaşlar iştirak etdilər. Açıq dərsdə mövzu ilə əlaqədar fermentlərin miqdarının dəyişilməsinə təsir edən amillər, induksiya və repressiya prosesləri haqqında ətraflı məlumat verildi. Tələbələr mövzuya aid təqdimatlarla çıxış etdilər.