Kimya kafedrasının baş müəllimi Vüsalə Akif qızı Qəhrəmanovanın “Xalkogenidlərin, arsenidlərin, fosforidlərin və intermetallik birləşmələrin birbaşa sintez üsulu ilə alınması” mövzusunda açıq dərsi təşkil olundu.Dərsdə dekan dos.İ.Alverdiyev, kafedra müdiri dos.A.Məmmədova, k.ü.f.d., b/m. P.Hüseynova, b/m. S.Zeynalova, m. G.Həsənova iştirak etdilər.
Müəllim əvvəlcə bir neçə tələbədən keçmiş dərsi sual-cavabla soruşdu. Sonra yeni dərsi “Xalkogenidlərin, arsenidlərin, fosforidlərin və intermetallik birləşmələrin birbaşa sintez üsulu ilə alınması” mövzusunu izah etdi. Açıq dərs sistemli şəkildə plan əsasında tələbələrin nəzərinə çatdırıldı. Açıq dərsin mövzusu kimyəvi materialşünaslığın son dövrlər əsas tədqiqat obyektinə çevrilmiş çoxfazalı sistemləri, xassələri, sintez metodlarından alınmış bircinsli sistemlərin tətbiq sahələrinə həsr olunmuşdu.