Gəncə Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin rəhbərliyi və Kimya-biologiya fakültəsinin TEC sədri Əmiraslanova Günay, İqtisadiyyat-İdarəetmə fakütəsinin TEC sədri İsgəndərova Fəridənin təşkilatçılığı ilə “İnsanın zülala olan təlabatının alternativ qidalarla qəbul edilməsi mümkün olduğu halda ətlə qidalanma mütləqdir mi?” mövzusunda debat təşkil olunmuşdur. Təşkil olunan debatda Kimya-biologiya, Xarici dillər, Tarix-coğrafiya, Riyaziyyat – informatika, İqtisadiyyat – idarəetmə fakültələrinin tələbələri iştirak etmişdir.
Debat zamanı tələbələr hal-hazırkı dövrümüzə aid qida rasionunu müzakirə etmiş, orqanizmimizin üzvi maddələrə olan təlabatını alternativ qidalarla necə ödəyə biləcəyimiz haqqında fikir mübadiləsi aparmışlardır. Debatın ikinci hissəsində İqtisadiyyat-İdarəetmə fakültəsinin Maliyyə ixtisasının III kurs tələbəsi Vəlizadə Nurlan Azərbaycanın iqtisadiyyatında kənd təsərrüfatının və kənd təsərrüfatı məhsullarının əhəmiyyətindən danışmış və bu çıxış tələbələrlə müzakirə olunmuşdur.
Son olaraq Kimya-Biologiya fakültəsinin Biologiya ixtisasının II kurs tələbəsi Qurbanlı Rəqsanə tərəfindən hazırlanmış vegan yeməkləri ilə həmin yeməklərin ət istifadə olunaraq hazırlandığı alternativləri müzakirə edilmiş, onların tərkiblərindəki maddələrin enerji dəyəri, zülal miqdarları müqayisə edilmişdir.