ramazan bayramınız mübarək olsun!

Əziz həmvətənlər!
Hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir diləyirik. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Bütün dünya müsəlmanlarıni Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirik.