Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin TEC sədri Əmiraslanova Günay və Fizika və texniki fənlər fakütəsinin TEC sədri Cəfərova Aytacın təşkilatçılığı ilə “Texnologiyanın inkişafı bəşəriyyətin sonudurmu yoxsa yeni həyatın başlanğıcıdır mı?” mövzusunda debat təşkil olunmuşdur.
Təşkil olunan debatda Kimya-biologiya, Xarici dillər, Tarix-coğrafiya, Riyaziyyat – informatika, İqtisadiyyat – idarəetmə,Fizika və texniki fənlər, Pedaqoji fakültələrinin tələbələri iştirak etmişdir.
Debat zamanı tələbələr hal-hazırkı dövrümüzə aid qlobal problemlər və onların həlli yolları, Radiobiologiya, Tibbi radiologiya elmlərində olan son yeniliklər, geopart zonalar, EAST (süni günəş) layihəsi, GMO məhsullarının genə təsiri, cavanlaşdırma texnologiyası, süni intellekt, Kriyonika İnstutları və oradakı tibbi prosedurlar, texnologiyanın inkişafının insan əməyinə və iqtisadiyyata təsirləri ilə bağlı müzakirələr aparmışdırlar. Debatın davamında tələbələrin bu istiqamətdə apardıqları müxtələlif elmi araşdırmalar haqqında diskusiya edilmişdir.