Anatomiya, fiziologiya və zoologiya kafedrasının a.ü.f.d. baş müəllimi Lalə Abdullayevanın Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda laboratoriya məşğələsi keçirildi. Tələbələr mühazirədə aldıqları bilikləri laboratoriya məşğələlərində möhkəmləndirirlər. Müəllimin göstərişi ilə onlar mövzuya aid canlı heyvanlar üzərində (xarici quruluşunu), sulu (formalində) preparatlardan, mulyajlardan, slaydlardan, istifadə etməklə dərsi maraqla öyrənirlər. Laboratoriya məşğələsində “Sümüklü balıqların öyrənilməsi” mövzusu hər zamankı kimi balıq üzərində aparılır. Bu da tələbələrin əməli və praktiki vərdişlər qazanmasına imkan verir.