ekologiya və təbiəti mühafizə kafedrasının göy-göl dövlət təbiət qoruğu istiqamətində elmi ekspedisiyası təşkil edildi

Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədovanın rəhbərliyi ilə kafedranın əməkdaşları və Ekologiya mühəndisliyi ixtisasının II kurs tələbələri Göy-Göl Milli Parkında ekspedisiyada olmuşlar. Onlar Göy-göldən iki kilometr aralıda yerləşən Qaragöl ərazisinə də baş çəkmişlər. Əsas məqsəd bu ərazidəki ekoloji vəziyyətlə bağlı araşdırmalar etmək olmuşdur. Belə ki, oradakı quru ağacların gövdələrinin məhv olaraq yeni pöhrə açan cavan ağaclarla əvəz olunması, yaşlıların sıradan çıxması və beləliklə populyasiyada inkişafı kimi məsələlər ön plana çıxarılmışdır.