məzunlar! uğurlarınız bol olsun!

Mayın 26-da Gəncə Dövlət Universitetinin 5-ci tədris korpusunun qarşısında “Məzun günü” keçirilmişdir. “Məzun günü”nə universiteti bitirən bakalavr və magistrlərlə yanaşı 44 günlük Vətən Müharibəsində qazi olmuş universitet tələbələri, həmçinin şəhid anaları da qatıldılar.

“Məzun günü” münasibətilə keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlamışdır. Şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk olaraq söz universitetin rektoru, professor Yusif Yusibova verildi. Rektor ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, işğal altında olan torpaqlarımızın azad edilməsində gənclərin rolundan söz açdı.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək məzunları təbrik etmişdir. Onlara gələcək həyatlarında uğurlar arzulamışdır.  

Sonra mükafatlandırma mərasimi keçirildi. Universitetin ictimai-siyasi həyatında fəallıq göstərən məzunlara fəxri fərman təqdim olundu. Tədbir bayram konserti ilə davam etdi.