BOTANİKA KAFEDRASININ ƏMƏKDAŞLARI ELMİ EKSPEDİSİYADA

Azərbaycanın Qırmızı kitabının III nəşrinə daxil ediləcək növlərin tədqiqi və  Universitetin tematik  planına müvafiq olaraq “Azərbaycanın qərb bölgəsinin  bitki örtüyünün bioloji müxtəlifliyinin öyrənilməsi” ilə əlaqədar elmi-tədqiqat işlərinin  aparılması məqsədilə 24.05.2022-ci il tarixdə kafedranın professor-müəllim, doktorant, dissertant və magistrləri (25 nəfər) Göygöl Milli Parkı istiqamətinə GÖYGÖL, MARALGÖL, AYIGÖL, TOĞANALI, HACIKƏND ərazilərində   elmi ekspedisiyada olmuşlar. Ekspedisiyada Göygöl Milli Parkının elmi işlər və ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini Fuad Kərimov, GDU Həmkarlar İttifaqı komitəsinin sədri, kafedranın dosenti Afaq  Qasımova və s. iştirak etmişlər. Əməkdaşlar tərəfindən Azərbaycanın Qırmızı kitabının III nəşrinə daxil ediləcək növlərin  qiymətləndirilməsi üçün tələb olunan çöl, kameral məlumatlar, A,B,C kateqoriyaları üzrə qiymətləndirmə  blankları tərtib olunmuş, tədris məşğələləri üçün herbarı materialları toplanmışdır.