ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 99-CU İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLMİŞDİ

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. İştirakçılar əvvəlcə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad olunmasında şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra elmi konfrans öz işinə başlamışdır. Konfransı giriş sözü ilə Universitetin rektoru, professor Yusif Yusibov açaraq qonaqları salamlamışdır. Rektor öz çıxışında bildirmişdir ki, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı  və qurucusu Heydər Əliyevin doğum günləri hər il universitet tərəfindən böyük təntənə ilə qeyd edilir.

Beynəlxalq konfransda 10 ölkədən gəlmiş 60-a yaxın alim iştirak edirdi. Müzakirə olunan mövzu ilə bağlı təqdim olunan 560 məruzə  5 cildlik jurnallarda çap edilmişdir.

İki gün davam edən beynəlxalq elmi konfransın iştirakçıları üçün maraqlı ekskursiyalar təşkil edildi.