şəhidlərimiz unudulmur!

Ekologiya mühəndisliyi ixtisası üzrə I kurs tələbələri ilə Ekologiya və təbiəti mühafizə kafedrasında görüş keçirildi. Ixtisasımızın məzun şəhid tələbələri Xıdırov Elgün və İmanov Səməndər haqqında onlara geniş məlumat verildi, əziz xatirələri anıldı. Birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin valideynlərinin qarşısında baş əyir və şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad olsun!