Gəncə Dövlət Universitetində 27 sentyabr-Anım Günü ilə əlaqədar tədbir keçirildi. Universitetin rektoru, professor Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən danışmışdır. Rektor çıxış edərək bildirdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, ordumuzun qəhrəmanlığı nəticəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Qələbəmiz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Rektor onu da bildirdi ki, Vətən müharibəsində Gəncə Dövlət Universitetinin əməkdaşları da fəallıqla iştirak etdilər.
Onu da qeyd etmək lazımdır ki, gedən döyüşlər zamanı universitet əməkdaşlarımızdan 16 nəfəri şəhid olmuşdur. Onların hər birini dərin hörmət və ehtiramla anırıq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik! Qarabağ Azərbaycandır!