Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi

29-30 sentyabr 2022-ci il tarixində Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Bu konfransda universitetimizin rektoru professor Yusif Yusibov, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova və həmin kafedranın əyani doktorantı Musayev Vüsal iştirak etmişlər. Konfransa Turkiyədən, Özbəkistandan, Moldovadan və digər ölkələrdən alimlər iştirak etmişdir. Çıxışların hər biri ingilis dilində olmuş və kafedranın doktorantınında çıxışı yüksək qiymətləndirilmişdir və sonra Musayev Vüsala sertifikat təqdim olunmuşdur.