Dokuz Eylül Universitetinə işguzar səfər

GDU-nun rektoru prof. Yusif Yusibovun rəhbərliyi ilə universitetin nümayəndə heyəti Türkiyə Respublikasının Dokuz Eylül Universitetində ikili diplom proqramı ilə əlaqədar işguzar səfərdə olmuşlar. İşgüzar görüş çərçivəsində ikili diplom proqramı ilə əlaqədar keçirilən toplantıda ali məktəblər arasında həyata keçiriləcək layihələrdən danşılıb. Rektor Yusif Yusibov çıxışında iki ölkə arasındakı qardaşlıq münasibətlərindən danışıb. Elmi şurada həmçinin GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin rəhbəri Vasif Həsənov, Tədris Departamentinin direktoru Elturan Yusifov və Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev universitetin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında çıxış ediblər. Qeyd edilib ki, bu proqram hər iki universitetin müəllim və tələbələri üçün təhsil və elm sahəsində yeni imkanlar yaradacaq.