QARDAŞ ÖLKƏ TÜRKİYƏDƏ BAŞ VERƏN ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN XATİRƏSİ ANILIB

  Şəhər ictimaiyyəti ilə birgə GDU-nun rektoru Yusif Yusibov və universitet əməkdaşları Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında zəlzələ qurbanlarının xatirəsinə yaradılan guşəyə gül dəstələri düzüblər.

   Rektor Yusif Yusibov Baş konsul Recep Öztopa dərin hüznlə başsağlığı verərək zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyib.