açıq dərs

Biologiya müəllimliyi və Kimya müəllimliyi ixtisaslarının I kursunda b/m. Səbirə Əhədovanın Təhsildə İKT fənnindən “Windows əməliyyat sistemləri” mövzusunda açıq dərsi keçirildi. Mühazirədə əməliyyat sistemlərindən, AERO interfeys sistemindən, əməliyyat sistemləri ailəsinin funksiyaları və təsnifatından geniş məlumat verildi.