açıq dərs

Kimya kafedrasının dosentiVəliyev Murad Turab oğlunun Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Ümumi kimya” fənnindən “Atomun quruluşu. Rezerfordun planetar modeli” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri dos.A.Məmmədova, k.ü.f.d. b/m.V.Abbasova iştirak etmişlər. Dos.M.Vəliyev dərsin əvvəlində tələbələrə atomun quruluşu haqqında ümumi məlumat verdi. Sonra atomun Rezerford modeli, Bor nəzəriyyəsi atomun kvant-mexaniki modeli haqqında geniş izahatlar verdi. Ümumilikdə açıq dərs tələbələrin sual-cavabda aktiv iştirakı ilə başa çatdı.