açıq dərs

Anatomiya, fiziologiya və zoologiya kafedrasının a.ü.f.d. baş müəllimi Hümbətova Güləbatın Vaqif qızının Biologiya ixtisasının III kursunda “Genetika” fənnindən “Mendelin sərbəst paylanma qanunu və genetik hesablamanın riyazi düsturları” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan prof.İ.Alverdiyev, dekan müavini prof.M.Həsənov, kafedra müdiri prof.V.Məmmədova, əməkdaşlardan dos.L.Abdullayeva, b.ü.f.d. E.Hüseynova, b/m.K.Bayramova və müəl.A.Məmmədova iştirak etdilər.

Dərs təchizatı qaydasında idi. Müəllim slaydlardan istifadə edərək ağıllı lövhədə mövzunu geniş və hərtərəfli izah etdi.