Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Minoqanın və sümüklü balıqların morfoloji xüsusiyyətləri” mövzusunda laboratoriya məşğələsi keçirildi. Əməkdaşlardan prof.V.Məmmədova, dos.L.Abdullayeva və müəl.Ü.Bayramovanın rəhbərliyi ilə keçirilən məşğələdə minoqa və çəki balığının üzərində onların oxşar və fərqli cəhətləri müqayisə edilərək təhlili aparıldı. Tələbələr mühazirələrdə öyrəndikləri nəzəri bilikləri praktiki olaraq icra etdilər. Dərs çox maraqlı keçdi.