Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Rəna Kərimovanın Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda Mülki müdafiə və ilkin tibbi yardım fənnindən “Fövqəladə hallarda yaranmış şəraitin qiymətləndirilməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan prof.İ.Alverdiyev, kafedra müdiri Nəbiyev Niyazi, əməkdaşlardan b/m. Hüseynov Fikrət və müəl. Ələkbərova Zülfiyyə iştirak etdilər.
Mövzunun məqsədi qəzalar, fəlakət və təbii hadisələr zamanı şəraitin necə qiymətləndirilməsini, qəza-xilasetmə işlərinə təsir göstərən amillərin, səbəblərin öyrənilməsi və tələbələrlə analiz edilməsidir. Həmçinin tələbələrə aid qırğın silahlarının, kütləvi qırğın silahlarının tətbiqi zamanı kütləvi zədələnmələr ocağındakı şəraitin qiymətləndirilməsi və belə hadisələr baş verdikdə ilk yardım qaydaları izah edildi, müzakirə olundu.